Sürpriz kupon – 27.03.2025

Sürpriz kupon – 27.03.2025

BarselonaW – VolfsburqW QOL/QOL

Qadın futbolçuların Çempionlar Liqasında ¼ final mərhələsi keçirilir. İlk matçda səfərdə 4-1 hesablı qələbəyə sevinən “Barsa” indi cavab matçına çıxacaq. İspaniya çempionatında yalnız “Real”a uduzan meydan sahibləri mübaliğəsiz cütün favoriti sayılır. Bununla belə qonaqların maksimum əzmkarlıq nümayiş etdirərək ən azı 1 qol vuracağını düşünürəm.

Al Nasr – Al Bateah ÜST3.5
Ərəb Körfəzi Liqasında 19-cu turun oyunlarına mərc etmək təklif olunur. Ardıcıl 4 tur qələbə qazanmayan “Al Nasr” komandasının hətta ev oyununda şansları yüksək qiymətləndirilmir. İddiası olmayan “Al Bateah” adətən səfər matçlarında layiqli mübarizə sərgiləyir. Bu mənada məhsuldar nəticə qeydə alınacağını düşünmək olar.

Baniyas – Al Oruba 1 və ÜST1.5

Liqanın aşkar autsayderi aktivində 1 qələbə və 17 məğlubiyyətlə diqqəti cəlb edir. Komanda 17 matçda turnir üçün rekord sayılacaq – 49 dəfə mərkəzə dəvət olunub. Ardıcıl məğlubiyyətlərdən sonra iki həftə əvvəl iki əsas futbolçu heyətdən uzaqlaşdırılıb. Meydan sahibləri üçün növbəti qələbəni qazanmaqdan ötrü əla şans yaranıb.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 27.03.2025

Növbəti yazı

Militao sıralara qayıtdı