Sürpriz kupon – 27.02.2025
Sumqayıt – Sabah 2
Bu rəqiblər Azərbaycan kuboku yarışlarının ¼ final mərhələsində cavab oyununda üz-üzə gələcəklər. İlk görüşdə qapılara qol vurulmamışdı. Evdə rəqibi məğlub edə bilməyən Sabahı səfərdə daha şanslı görürəm. Üstəlik, Sumqayıtda işlər yolunda deyil. Komanda 9 oyundur ki, qol vura bilmir. Kubokda iddiasını davam etdirən Sabahın bu vəziyyətdən yararlanacağı qənaətindəyəm.
Herakles – AZ Alkmaar 1
Əmsallar AZ Alkmaarın qələbə qazanacağını deyir. Biz isə sürpriz axtarışındayıq. AZ Alkmaarın həftəsonu çempionat oyunu olduğunu daha sonra avrokubok matçına çıxacağını nəzərə alsaq, Heraklesin qələbə qazanmaq şansı var. Üstəlik onlar evdə oynayırlar. Bir statistik məlumatı da qeyd edib. Herakles son ev oyununda AZ Alkmaarı 5-0 hesabı ilə məğlub etməyi bacarıb.
Gaziantep FK – Fənərbağça 1
Daha bir sürpriz nəticənin bu görüşdə qeydə alınacağını düşünürəm. Derbidən sonra Mourinyo böyük ehtimalla ehtiyat qüvvəni yoxlayacaq. Üstəlik, kubok yarışlarında qrup mərhələsi oyunudur və Fənərbağça növbəti mərhələyə vəsiqəni təmin edib. Gaziantep üçün isə bu görüşdə qələbə mütləqdir. Məncə onlar bunu bacara bilərlər.