Sürpriz kupon – 26.12.2025

Sürpriz kupon – 26.12.2025

Genk – Brügge 1

Bəli, Brügge favoritdir. Amma Genk evdə sürpriz edə bilər. Üstəlik, onlar üçün pley-offa vəsiqə önəmlidir. Bu səbəbdən risk etməyə dəyər.

Lester – Uotford 1

Yaxın keçmişin çempionu Lester indi elitaya qayıtmaq uğrunda yarışır. Turni cədvəli baxımından da Uotfordla oyun önəmlidir. Lester qələbə qazanacağı təqdirdə 6 pillə irəliləyə bilər. Məncə onlar bu şansı əldən verməyəcək.

Şeffild Uensdey – Hall Siti 3,5 ÜST

Mövsümə -18 xalla başlayan Şeffildin itirəcək heç nəyi yoxdur. Liqada qalmaq xəyal kimi görünür. Odur ki, onlar hər oyunda risk alırlar və açıq futbol oynayırlar. Hall Siti bundan yararlanacaq. Amma meydan sahibləri də qol vuracaq. Məncə bizi azı 4 qolun vurulacağı oyun gözləyir.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 26.12.2025

Növbəti yazı

“Karvan-Yevlax”da ilk vida