Sürpriz kupon – 26.12.2021
“Hall Siti” -“Blekbern” – 2
Aralarında olan qarşılaşmalarda “Blekbern”un aşkar üstünlüyü var: 5 ardıcıl qələbə, top fərqi 12-0. Çətin oyun olmasına baxmayaraq oyun 1 variantına güvənirəm.
“Serkle Brügge ” – “Brügge” – qol/qol
“Serkle Brügge” 14-cü pillədədir. Rəqib “Brügge” isə 2-ci sırada yer alır. Orta statistik göstəriciyə görə bir oyuna “Serkle Brügge” 1, 3 qol vurur, 1,4 qol buraxır. “Brügge” orta hesabla hər tur 2, 1 qol vurur 1,3 buraxır. Fərqli pillələrdə olmaqlarına baxmayaraq risk ehtimalı böyükdür. Qol-qol bu oyunun ən optimal nəticəsidir.
“Midlsbro” – “Nottingem Forest” – qol /qol
Qonşu pillələrdə yerləşən iki komanda üz-üzə gəlir. Biri birinə çox yaxşı tanış olan rəqibləri 1 xal ayırır. “Midlsbro” ümumi götürəndə çox çətin qələbələr qazanır. “Nottingem” isl çempionatın startında 1 heç-heçə, 6 məğlubiyyətdən sonra özünə gəlib. Onların təxminən bərabər səviyyəli komandalar olduqlarını və qol vurmaq potensiallarını nəzərə alıb bu oyunun qol-qolla bitəcəyini proqnozlaşdırıram.