Sürpriz kupon – 26.11.2022
“Vil” – “Stade Ouchy” – 2,5 ÜST
İsveçrə 1-ci Liqasının liderlərinin dueli. Hər iki komandanın hesabında 17 oyundan sonra 33 xal var. “Vil” bu oyunlarda toplam 36, rəqibi isə 33 qol vurub. Bu görüşün də İsveçrə futboluna xas məhsuldarlıqla keçəcəyini düşünürəm.
Polşa – Səudiyyə Ərəbistanı – 1
Səudiyyə Ərəbistanı ilk oyunda Argentina üzərində qələbə ilə hamını şoka saldı. Bəlkə də çoxu Polşa ilə oyunda da ərəblərdən qələbə və ya 1 xal gözləyir. Fikrimcə, Robert Levandovskinin komandası Argentina ilə son oyuna daha rahat çıxmaq üçün Səudiyyə Ərəbistanını məğlub edəcək.
Fransa – Danimarka – künc zərbələri – 1
Fransanın aramsız hücumlarının qarşısını almaq Danimarka üçün çətin olacaq. Hər hücumun qol olmadığını nəzərə alsaq, ağıla gələn ilk variant kornerlərdir. Məncə, matç ərzində künc zərbələrinin sayında Fransa üstün olacaq.