Sürpriz kupon – 26.10.2025
Arsenal – Kristal Pelas 1 və 2.5 Üst
“Arsenal” parlaq oyun sərgiləyir.
Mikel Artetanın yetirmələri 6 oyunluq qələbə seriyasına malikdir və son matçda qol buraxmır.
“Kristal Pelas” belə formada olan “Arsenal”a qarşı çətin ki, hansısa əks-arqument qoya bilsin.
Kasımpaşa – Beşiktaş 2
“Kasımpaşa” ev oyunlarda qələbə qazana bilmir. “Beşiktaş” son 3 səfər matçında yalnız “Qalatasaray”la heç-heçə edib, “Kayserispor” və “Konyasporu” müvafiq olaraq 4:0 və 2:0 hesabı ilə udub.
Startda xeyli xal itirən “ağ-qaralar”ın “Fənərbağça” derbisi öncəsi qələbə qazanacağını proqnozlaşdırıram.
Real Madrid – Barselona Meydandan qovulma: Bəli
Həmişəki kimi bütün dünyanın diqqəti “El Klassiko”da olacaq.
La Liqada keçirdikləri 9 oyundan sonra “Real Madrid” 24 xalla turnir cədvəlinə başçılıq edir, “Barselona” isə 22 xalla 2-ci pillədədir.
Dünyanın N1 derbisinin gərgin mübarizə şəraitində keçəcəyi şübhə doğurmur. Bu cür prinsipial oyunda qırmızı vərəqə olacağını güman edirəm.












