Sürpriz kupon – 26.09.2025

Sürpriz kupon – 26.09.2025

“İmişli” – “Zirə” 2 və 3.5 ALT

Komandalar etibarlı müdafiələri ilə seçilir. Buna baxmayaraq, sözsüz “Zirə” Premyer Liqada yeni çıxış edən rəbindən açıq-aşkar üstündür.
Rəşad Sadıqovun yetirmələrinin çox da məhsuldar keçməyəcək oyunda 3 xal qazanacağını proqnozlaşdırıram.

“Qarabağ” – “Qəbələ” 1 və ÜST 2.5

Çempionlar Liqasında Avropanı silkələyən “Qarabağ” elitaya qayıdan “Qəbələ”ni qəbul edəcək. Qurban Qurbanov-Kaxaber Sxadadze qarşılaşmasını izləmək maraqlı olacaq. Amma “Qarabağ”lə rəqibi arasında səviyyə, ustalıq, təcrübə və ümumiyyətlə, hər baxımından uçurum var.
Meydan sahiblərinin rahat qələbə qazanacağını təxmin etmək olar.

“Əl İttihad” – “Əl Nəssr” İstənilən vaxt qol vuracaq: Kriştiano Ronaldo

Səudiyyə Peşəkar Liqasında çempionluğa real namizədlərin dueli maraqla gözlənilir. Başqa cür ola da bilməz: Bir tərəfdə Kərim Benzema, digər tərəfdə Kriştiano Ronaldo!
Ulduzlar toplumu komandaların qarşılaşması böyük ehtimalla bol qollu keçəcək.
Biz isə dünya futbolunun canlı əfsanəsinin ən azı bir dəfə fərqlənəcəyinə mərc edə bilərik.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Günün kuponu – 26.09.2025

Növbəti yazı

Saliba “Arsenal”da qaldı