Sürpriz kupon – 26.09.2024
Serkl Brugge – Gent – QOL/QOL
Komandalar fərqli hədəflər uğrunda mübarizə aparır. Liderdən 6 xal geri qalan “Gent” fərqi azaltmağa, 15ci yerdə qərarlaşan Serkl Brugge isə autsayderlər qrupundan uzaqlaşmağa çalışır. Vəziyyət hər iki komandanı hücum futbolu oynamağa sövq edir. Bu isə qarşılıqlı qollar ehtimalını artırır.
Tottenhem – Qarabağ – 1-ci hissə – Tottenhem
Qarabağa hər nə qədər ümid bəsləsək də, müdafiədəki boşluqlar narahatlıq doğurur. Tottenhem isə belə səhvləri bağışlayan rəqib deyil. Fikrimcə, ingilislər ilk hissəni hesabda öndə başa vuracaq.
Ayntraxt Frankfurt – Viktoriya Plzen – QOL/QOL
Alman və çex komandalarının istər klub, istər milli səviyyəsində oyunları çox vaxt qarşılıqlı qollarla keçir. Bu matçda da bol qol görəcəyimizi təxmin edirəm.