Sürpriz kupon – 26.08.2025

Sürpriz kupon – 26.08.2025

Orlando Payrets – Orbit Kollec Ev sahibi qol buraxmadan qalib gələcək: Bəli

“Qara qitə”nin ən güclü komandalarından biri CAR Premyer Liqasının yeni siması “Orbit Kollec”i qəbul edəcək. Meydan sahibləri oyunun aşkar favoritidir. İlk 3 turda cəmi 1 qol vurmağı bacaran rəqib təcrübəli “Orlando Payrets”lə qarşılaşmada çətin ki, hansısa uğur əldə edə bilsin.

Zemelek – Farko 1-ci hissə/Oyun: 1/1

Afrikanın daha bir top klubu Misir Premyer Liqasının autsayderi ilə üz-üzə gələcək.
Rəqiblər arasında ciddi səviyyə fərqi var. Meydan sahibləri bu fərqi elə ilk hissədə nəticədə əks etdirəcək potensialdadır.

Pafos – Srvena Zvezda 1X və 1.5 ÜST

Prosineçki, Saviçeviç, Mihayloviç, Yuqoviç, Pançev nəsli ilə 1991-də Avropa Çempionlar Kuboku adlanan hazırki Çempionlar Liqasını qazanmış komanda indi cəmi 11 il əvvəl yaradılmış “Pafos”a uduzaraq turnirin liqa mərhələsinə düşməmək təhlükəsi ilə üz-üzədir. İspaniyalı mütəxəssis Xuan Karlos Karsedo “Pafos”da “pafossuz” əla kollektiv formalaşdıra bilib. Dəmir nizam-intizam və oturuşmuş oyun ötən mövsüm kluba tarixində ilk çempionluğu gətirdi. İndi isə ada təmsilşisi qocalmaq bilməyən David Luiz və Mislav Orşiç kimi tanınmış simalarla növbəti hədəfə – ÇL-in liqa mərhələsinə yaxındır. Sözsüz ki, “Srvena Zvezda” ustalıq baxımından rəqibindən üstündür. Amma Belqradda 2:1 hesablı sürpriz qələbə qazanmış kiprlilər doğma arenada fantastik azarkeş dəstəyi və istəklə tarix yaza bilər.


Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Günün kuponu – 26.08.2025

Növbəti yazı

“Neftçi”dən yeni transfer