Sürpriz kupon – 26.08.2024

Sürpriz kupon – 26.08.2024

Hammarbü – QAİS

Hammarbü və ÜST 2.5

“Hammarbü” son 5 oyunundan 4-nü udub, 1 dəfə heç-heçə edib. Bu matçlarda komanda orta hesabla hər oyuna 3 qol vurub.

QAİS isə xüsusən səfərdə çox zəif çıxış edir. Komanda son altı səfər qarşılaşmasından beşini uduzub.

Meydan sahiblərinin bol qollu qarşılaşmada qalib gələcəyini təxmin edirəm.

Viborq – Lünqbü

Viborq və ÜST 2.5

Hər iki komanda mövsümə bərbad başlayıb. Həm “Viborq”, həm də “Lünqbü” çempionatın startında keçirdikləri 5 matçda cəmi 2 xal toplayıb və turnir cədvəlinin quyruğunda lövbər salıb.

Buna baxmayaraq “Viborq” bu 5 matçda 9 qol vurmağı bacarıb.

Meydan sahiblərinin şeytanın qıçını sındırıb çempionatda ilk qələbə qazanacağına və matçda ən azı 3 qol vurulacağına mərc edirəm.

İstanbulspor – Şanlıurfaspor 1

Super Liqaya dönmək uğrunda mübarizə aparmağı hədəfləyən “İstanbulspor” TFF 1-ci Liqanın zəif komandalarından “Şanlıurfaspor”u qəbul edəcək.

Meydan sahibləri çempionata iki qələbə ilə başlayıb. Düşünürəm ki, “İstanbulspor” doğma arenada da xal itirməyəcək.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Günün kuponu – 26.08.2024

Növbəti yazı

“Şamaxı”dan səfər qələbəsi