Sürpriz kupon – 26.07.2023
“Rakuv” – “Qarabağ” İlk qolu vuracaq komanda Qarabağ
Bukmekerlər bu oyunda “Qarabağ”ın qol vuracağına çox da ümid bəsləmir. Ağdamlıların oyunda ilk qola atmasının əmsalı çox cəlbədicidi. “Rakuv”u “Linkoln”la müqayisə etmək doğru olmasa da, Yassin Benziyanın yaxşı forma yığdığı dönəmdə “Qarabağ”ın ilk qolu vuracağına mərc etmək olar.
“Ludoqorets” – “Olimpiya” YOX/QOL
“Ludoqorets” öz meydanında çox güclü çıxış edən komandadı. Amma “Olimpiya” da asanlıqla ağ bayraq qaldıracaq rəqib deyil. Bu qarşılaşmadan bol qol gözləmirəm, “Olimpiya”nın fərqlənmək ehtimalı isə mənə görə çox azdı.
Şerif – Makkabi Hayfa ÜST 1.5
Moldova təmsilçisinə olan bütün hörmətimə rəğmən, qeyd etməliyəm ki, “Şerif”in bu matçda şansları azdı. Bukmekerlər oyunda çox qol vurulacağına inanmır. Amma avrokuboklarda yetərincə təcrübəyə malik “Şerif”in öz meydanında ən azı 1 qol vurma ehtimalı yüksəkdi. Daha güclü qonaqların fərqlənəcəyinə isə demək olar şübhə yoxdur. Belədə ÜST 1.5 variantına mərc etmək, o qədər də riskli görünmür.