Sürpriz kupon – 26.03.2023
Lixtenşteyn – İslandiya – 2,5 ALT
Hər iki milli birinci oyunlarında məğlub olublar. Ev sahibi 4-0 Portuqaliyaya məğlub olub. Qonaq isə Bosniya millisinə 0-3 məğlub olub. Göründüyü kimi heç bir top belə vura bilməyiblər. İslandiya bu oyunda favorit göstərilsə də çətin qarşılaşma onları gözləyir. Ev sahibinə bu oyunda 1 xal da bes edir. Bu oyunda çoxlu qollar olar düşüncəsi yanlışdır. Ən düzgün ehtimal olunan proqnoz 2,5 altdır.
Slovakiya – Bosniya – QOL/QOL
Avro-24-ə start verən hər iki milli fərqli nəticələr əldə edib. Evdə keçirdikləri oyunlarda Slovakiya Lüksemburqun müqavimətini qıra bilmədi 0-0. Bosniya evdə İslandiya üzərində 3-0 qələbəyə sevindi. Bu qarşılaşmada açıq aydın favorit yoxdur. Ev sahibi hücumlarının kəsərini artırmalıdır. Bu oyundan ehtimal olan gözləntimiz qol-qoldur.
Şimali İrlandiya – Finlandiya – QOL/QOL
Ev sahibi birinci və axırıncı dəfə Avro-2016-da iştirak edib. Dünya çempionatında isə Lap 80-ci illərə təsadüf edir. Yarışa San Marino ilə səfərdə qələbə qazandı. Qrupda birinci və ya ikinci olmağı o qədər də inandırıcı görsənmir. Son səfər oyununda Finlandiyanın məğlubiyyətinə baxmayaraq,çox yaxşı inkişaf ediblər. Sürpriz etməyə qadirdilər. İkinci oyunda uduzmaq planlarına daxil deyil. Hər iki millinin açıq futbol nümayiş etdiyini nəzərə alıb nəticə etibar ilə qol-qol üzərində dayanırıq.