Sürpriz kupon – 26.02.2025

Sürpriz kupon – 26.02.2025

Tottenhem-Mançester Siti 1

Turnir cədvəlində 4-cü pillədə təzyiqlə dayanan “Mançester Siti” Londona səfər edəcək. Son iki oyunda əvvəlcə “Real”, ardınca isə “Liverpul”a uduzan qonaqların durumu yaxşı deyil. Xosep Qvardiola komandaya əvvəlki inamı qaytarmaqda çətinlik çəkir. Son 2 oyunda Qvardiolanın komandasına qalib gələn London klubunun bu dəfə eyni qəhrəmanlığı təkrarlamaq şansı az deyil.

Leypziq-Volfsburq 1/1

Almaniya Kubokunda 1/4 final matçına mərc etmək təklif olunur. Əvvəlki mərhələdə “Ayntraxt”ı mübarizədən kənarlaşdıran Leypsiq şəhərinin təmsilçiləri 4 xal geri olan rəqibi udmaqla dekabrdakı acı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. İlk hissədə və yekun nəticədə meydan sahiblərinin uğur qazanacağına pul qoyuluşu etmək olar.

Trabzonspor-Rizəspor 1

Türkiyə Kubokunda qrup lideri olan Trabzon təmsilçisi uğursuz rəqiblə qarşılaşır. Statistikaya əsasən son 4 ildə “Trabzonspor” bütün oyunlarda “Çaykurizəspor”a uduzub. Maraqlıdır ki, əksər oyunlarda trabzonlular yaxşı oynasa da, nəticə xeyrinə olmayıb. Bu dəfə meydan sahiblərinin uğursuzluğa son qoyacağını düşünürəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 26.02.2025

Növbəti yazı

“Turan Tovuz”la “Sabah”ın ev oyunlarının vaxtı dəyişdirildi