Sürpriz kupon – 26.01.2025
Hoffenhaym – Ayntraxt Frankfurt 2
Bu mövsüm yaxşı təsir bağışlayan Ayntraxt Frankfurt Bundesliqada qalmağa çalışan Hoffenhayma qonaq olacaq. Hazırda turnir cədvəlində 3-cü olan frankfurtlular bu oyunun favoritdir. Məncə artıq ilk hissədə qonaqlar fərqi ortaya qoyacaqlar. Həftə içi Tottenhemə uduzan Hoffenhaym çətin ki, rəqibinə müqavimət göstərə bilsin.
Fulhem – Mançester Yunayted 2
Avrokuboklarda son dəqiqələrdə vurduğu qolla qələbə qazanan Mançester Yunayted premyer liqada da özünə gəlmək istəyir. Nə qədər qəribə səslənsə də Fulhemlə oyund Ruben Amorimin komandası aşkar favorit göstərilmir. Amma mən Mançester Yunaytedin rahat qələbə qazanacağına inanıram.
Nant – Lion 1
Mənə görə Fransada günün sürprizi bu oyunda qeydə alınacaq. Avrokubok oyunundan çıxmış Lionu ağır səfər gözləyir. Nant evdə pis təsir bağışlamır. Sürpriz kupon olduğunu nəzərə alaraq, Nantın qələbəsinə mərc edərək, risk almağa dəyər.
Təqdim etdiyim oyunlarda siz “erkən uduş” fürsətindən yararlana bilərsiniz. Oyunun gedişində mərc etdiyimiz komandalar 2 top fərqi ilə irəlidə olsalar, yekun nəticədən asılı olmayaraq, kupon uduşlu sayılacaq. Bol şanslar!