Sürpriz kupon – 25.11.2025
B.Dortmund – Vilyarreal 1
7 xal toplayan almanlar növbəti mərhələyə vəsiqə qazanmaq üçün evdə mümkün 3 xalı itirməməlidi. La Liqada da stabil çıxış etməyən ispanlar cari mövsüm Çempionlar Liqasında 1 xala sevinib. İndiki vəziyyətdə “Vilyarreal”ın Dortmund şansları yüksək qiymətləndirilmir. Sürpriz kuponda rahatlıqla “Borussiya”nın qələbəsinə mərc gəlmək olar.
Bodo/Qlimt – Yuventus ALT2,5
4 turda 3 matçda heç-heçəyə nail olan Qoca Sinyora nəticədən razı ola bilməz. A seriyasında da stabil çıxış etməyən “Yuventus” hazırda altıncı yerdə qərarlaşıb. İtaliya çempionatının son iki turunda heç-heçə oynayan qonaqlar ümumilikdə arıdıcıl 4 turda qələbəyə həsrət qalıb. Bu oyunda tərəflərin hərəyə 1 xal qazanacağını düşünürəm. Riskli görünsə belə alt2.5 seçimi daha real görünür.
Slaviya Praqa – Atletik Bilbao 2
Yeganə qələbəni “Qarabağ”la Bilbaodakı oyunda qazanan “Atletik” Çexiya səfərindədir. La Liqanın son turunda “Barsa”ya 0-4 hesabıyla uduzan Bilbao komandasını səfərdə yalnız qələbə razı salacaq. Unutmayaq ki, Praqa klubu evdə o qədər inamlı təsir bağışlamır. Daha çox müdafiədən oyun quran “Slaviya” rəqibin səhvlərindən istifadə etməyə çalışacaq. Bilbao təmsilçisinin Praqada qələbəsi sürpriz sayılmamalıdı.












