Sürpriz kupon – 25.10.2025

Sürpriz kupon – 25.10.2025

Brest – PSJ – QOL/QOL

Liqa-1-də hazırda 2-ci sırada yer alan PSJ lider Olimpik Marselə çatmaq üçün qələbə qazanmalıdır. 12ci yerdə gedən Brest isə ardıcıl 4 oyundur uduzmur. Bu komandalar arasında son 8 görüşün hər birində azı 3 qol vurulub. Fikrimcə, bu görüşdə də qarşılıqlı qollar görəcəyik.

Borrusiya Münhenqladbax – Bavariya – QOL/QOL

Komandaların bundesliqada hazırki vəziyyəti kəskin fərqlənir. Bavariya 7 turun hamısında qələbə qazanıbsa, Münhenqladbax klubunun aktivində qələbə yoxdur. Amma bütün komandaların Bavariyaya qarşı xüsusi əzmlə mübarizə aparması faktı da var. Məncə, Bavariya qalib gəlsə belə, qapısından azı 1 top buraxacaq.

Hamburq – Volfsburq – 1-ci hissənin nəticəsi – 2

Hamburg meydan sahibi olaraq turnir cədvəlində 4 pillə qabaqladığı Volfsburqla görüşdə favorit sayılır. Qonaqlar son 6 oyunda qələbə qazanmayıb. Risk edərək bu oyunda 1-ci hissədə qonaq komandanın qələbəsinə mərc edirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 25.10.2025

Növbəti yazı

“İmişli”dən inamlı qalibiyyət