Sürpriz kupon – 25.09.2025

Sürpriz kupon – 25.09.2025

Yanq Boys – Panatinaikos 2

Sürpriz axtarışında olanlar üçün tövsiyə edəcəyim oyundur. İsveçrə komandaları Avrokuboklarda o qədər xoş təsir bağışlamır. Düzdür, kağız üzərində Yanq Boys favoritdir. Amma Panatinaikos zəif rəqib deyil. Məncə yunanlar səfərdə qələbə qazana bilərlər. Risk etməyə dəyər.

Ferentsvaroş – Viktoriya Plzen 1

Macarıstan çempionu evdə istənilən rəqiblə mübarizə apara bilər. Ferentsvaroş liqa mərhələsinə qələbə ilə başlamaq üçün əlindən gələni edəcək. Viktoriya Plzen bunun üçün münsib rəqbidir. Məncə macarlar bunu bacaracaq.

Utrext – Olimpik Lion 2

Süpriz kuponda ən güvəndiyim ehtimallardan biridir. Məsələ burasındadır ki, Lion və Utrext arasındakı səviyyə fərqi müqayisə olunmazdır. Lion aşkar favoritdir və onların bunu doğruldacağına inanıram. Fransa təmsilçininin xal itirməsi sürpriz olacaq. Amma Olimpik Lionun buna imkan verməyəcəyini və rahat qələbə qazanacağını proqnozlaşdırıram.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 25.09.2025

Növbəti yazı

“Abşeron Lions”dan inamlı qələbə