Sürpriz kupon – 25.08.2024
Atletiko Madrid – Jirona 1-ci hissə: 1
Hər iki komanda yeni mövsümə heç-heçə ilə başlayıb. Ötən mövsümün sürpriz komandası olan “Jirona” Betis, “Atletiko Madrid” isə Vilyarreal səfərlərindən bir xalla dönüb. Ötən mövsüm madridliləri turnir cədvəlində qabaqlamağı bacaran qonaqlar çətin ki, eyni uğuru bu mövsüm də təkrarlaya bilsin. Meydan sahiblərinin artıq birinci hissədə rəqibə gücünü göstərəcəyini proqnozlaşdırıram.
Torino – Atalanta ÜST 2.5
“Atalanta” Avropa Superkubokunda “Real Madrid”ə uduzandan sonra toparlanıb səfərdə “Leççe”ni 4:0 hesabı ilə darmadağın etdi. “Torino” isə 2 top fərqi ilə irəlidə olduğu oyunda “Milan”la səfərdə heç-hemə etdi – 2:2.
Komandalar arasında son 10 oyunda üçdən az qol vurulmayıb. Bu dəfə də istisna olmayacağını düşünürəm.
Volfsburq – Bayern Münhen
Fora: Bayern Münhen -1
Bundesliqanın ilk turunda çempionluğa ən real namizəd olan Münhen təmsilçisi “Volfsburq”un qonağı olacaq. “Bayern Münhen” əla formadadı. Bu ay keçirdiyi 5 oyunun hamısında qalib gəlib. “Volfsburq” haqda eyni sözləri demək çətindi. Daha güclü qonaqların inamlı qələbəsinə mərc edirəm.