Sürpriz kupon – 25.08.2022
Nitsa – Makkabi 2
“Nitsa” mövsümə uğursuz başlayıb. İstər daxili çempionatda, istərsə də avrokubokda işlər yaxşı getmir. Tel Əvivdəki ilk oyundakı məğlubiyyətin əvəzini çıxmaq üçün meydan sahibləri hücum etməlidi. Bu isə “Zirə”ni rahatlıqla turnirdən kənarlaşdıran “Makkabi”yə əlavə üstünlük olacaq.
Digər tərəfdən “böyük beşlik” ölkələri klubları bu turnirə o qədər də ciddi yanaşmır. Daha doğrusu, ölkə çempionatlarına daha çox önəm verirlər. Risk edib “Makkabi”nin 7 əmsal verilən qələbəsinə mərc etmək olar.
Viborq – Vest Hem 1
“Vest Hem” ilk oyundakı 2 top fərqilə qələbədən sonra Danimarkaya rahat yollanır. Digər tərəfdən Devid Moyesin komandası 3 oyundan 3 məğlubiyyətlə hazırda Premyer Liqada autsayderdi. Öncə dediyim kimi ciddi futbol ölkələri təmsilçiləri ikinci dərəcəli qitə turnirləri ilə müqayisədə daxili çempionatlarına önəm verir.
Odur ki, bu oyundan da sensasiya gözləmək olar.
Jalgiris – Ludeqorets 2
Bolqarlar ilk oyunda evdə minimal hesablı qələbə qazanmışdı. Litvalılar hücum etməyə məcburdu ki, bu daha səviyyəli rəqibin xeyli qol epizodu yaratması ilə nəticələnə bilər. Qonaqların bu oyunda da qalib gəlmək ehtimalı yüksəkdi.