Sürpriz kupon – 25.05.2022
“Lillestrom” – “Valerenqa” – QOL/QOL
Lider “Lillestrom” un qələbəsinə verilən əmsal (2,00) mənə bir qədər aldadıcı gəlir. Ona görə qonaqlardan bu görüşdə sürpriz gözləyirəm. Hətta hesabda sürpriz (oyun x və ya 2) olmasa belə, ən azı “Valerenqa”nın qol vuracağına inanıram. Liderin də bu matçda qol vuracağına şübhə etmirəm.
“Vikinq” – “Ham Kam” – 2,5 ÜST
Bu komandaların aralarındakı görüşlər adətən məhsuldar keçir. Üstəlik, ötən tur xal itirərək 2-ci sıraya enən “Vikinq” acığını çıxmağa rəqib axtarır. Belə vəziyyətdə autsayderlərin qonşusu “Ham Kam” çıxıb qarşılarına. Fikrimcə, 2,5 üst bu matç üçün ideal variantdır.
“Serezo Osaka” – “Urava” – 2
Yaponiyanın iddialı klublarından olan “Urava” bu mövsümə uğursuz başlayıb : 14 oyun, 14 xal və 14-cü yer. Bu “14”lərin hər üçünü bu tur dəyişmək olar. Son 4 turda heç-heçə oynayan “Urava”nın özündən 7 pillə yuxarıda qərarlaşan rəqibinə qalib gələrək sürpriz edəcəyini düşünürəm.