Sürpriz kupon – 25.04.2025

Sürpriz kupon – 25.04.2025

Herta Berlin – Magdeburg – 2

Bukmekerlər Hertanı matçın favoriti sayır. Mən isə artıq 2-ci bundesliqada heç bir iddiası qalmayan Berlin klubunun qələbəsinə inanmıram. Əksinə, 3-cü pillədəki Magdeburg onu “nəfəs-nəfəsə” izləyən rəqiblərindən uzaqlaşmağa, bundesliqaya birbaşa vəsiqə verən ilk 2 yerdən birini tutmağa çalışdığından mütləq 3 xal qazanmalıdır. Motivasiyanı da nəzərə alsaq, qonaq komandanın qələbəsinə mərc edirəm.

Famalikao – Braqa – QOL/QOL

Braqa avrokuboklara vəsiqə uğrunda oynayır və hər xal onlar üçün qızıla bərabərdir. Famalikao isə iddiası qalmasa da, “ev komandası” olaraq doğma meydanda rəqiblərinə çətinlik yaradır. Tərəflərin öz aralarındakı son 8 oyunun hər birində azı 3 qol qeydə alınıb. Bu matçda da qarşılıqlı qollar gözləyirəm.

Ştutqart – Haydenhaym – QOL/QOL

Haydenhaymın bundesliqada qalmaq şansı çox azdır və komanda son 4 turda həmin cüzi şansdan maksimum yararlanmağa çalışacaq. Ştutqartın da öz meydanında autsayderə qol vurmaq ehtimalı yüksəkdir. Ona görə qarşılıqlı qollar daha real variant kimi görünür.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 25.04.2025

Növbəti yazı

“Sabah” – “Qarabağ” matçının hakimləri bəlli oldu