Sürpriz kupon – 25.03.2025

Sürpriz kupon – 25.03.2025

Argentina – Braziliya – cüt şans x2

Təkcə Cənubi Amerikanın deyil, dünyanın ən prinsipial futbol qarşılaşmalarından biri. Argentina millisi aralarındakı son 4 dueldən 3-də Braziliyaya qalib gəlib, bir oyun isə heç-heçə bitib. Buna baxmayaraq bu dəfə Braziliyanın uduzmayacağını düşünürəm. Həm Messi də daxil Argentinanın heyətində bir neçə ciddi itki var, həm də seçmə mərhələdə liderliyi təmin etməsi son dünya çempionlarını bir qədər rahatlaşdırıb. Bu oyunda “diri X” da gözləmək olar.

Çin – Avstraliya – QOL/QOL

Asiyada DÇ-2026-nın seçmə mərhələsinin bitməsinə 3 tur qalır. Avstraliya qrup lideri Yaponiya millisinin ardınca mundiala vəsiqə qazanmaq üçün hazırda olduğu 2-ci sıranı özündə saxlamalıdır. Qrupda sonuncu yerdə olan Çinə isə yalnız qələbə lazımdır. Bu halda onlar son 2 turda mundiala vəsiqə üçün şansını saxlayacaq. Çinin öz meydanında keçirdiyi son 6 matçda qol vurduğunu, Avstraliyanın da matçın favoriti sayıldığını nəzərə alıb, bu matçda qarşılıqlı qollar gözləyirəm.

Fələstin – İraq – 2

Seçmə mərhələdə sonuncu yerdə qərarlaşan Fələstin yığmasının mundiala yollanmaq şansı qalmayıb. Üstəlik İraqı doğma meydanda yox, neytral stadionda – Əmmanda qəbul edəcəklər. İraq millisinə isə dünya çempionatına qatılmaq şansını saxlamaq üçün qələbə hava-su kimi vacibdir. Məncə, bu motivasiya İraqın qələbəsinə təkan verəcək.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 25.03.2025

Növbəti yazı

Səbuhi Abdullazadə: “Qarşılaşmadan üzüağ çıxmaq istəyirik”