Sürpriz kupon – 25.03.2022
Fransa – Kot d İvuar – 1
Fransa dünya çempionatının seçmə mərhələsində qrupda 1-ci yeri tutsa da, Qazaxıstan, Bosniya və Herseqovina, Ukrayna kimi rəqiblərlə oyunlarda xal itirmişdi. Fransa bəlkə də Avropanın ən güclü heyətə malik komandası olsa da, stabil oynamır.
Kot d İvuarın son Afrika Millətlər Kubokunda çıxışı uğurlu alınmadı. Komanda 1/8 finalda Misirə uduzaraq, mübarizəni dayandırdı.
Sonuncu dəfə bu komandalar 2016-cı ildə Lansda yoxlama oyununda üz-üzə gəlmişdilər. Həmin matçda hesab açılmamışdı.
“Saraqosa” – “Amorebieta” – QOL/QOL
“Saraqosa”nın bu mövsüm üçün demək olar, artıq ciddi hədəfləri qalmayıb. La Liqaya gedən yolda pley-off matçlarına vəsiqə qazanmaq çox çətin görünür. Çünki “Saraqosa” 6-cı yeri tutan komandadan 9 xal geri qalır. Digər tərəfdən komandanı aşağı yuvarlanmaq təhlükəsi də gözləmir.
“Amorebieta” isə 22 komanda arasında 21-ci yerdədir və Sequndanı tərk etməyə əsas namizədlərdəndir. Komanda son qələbəsini 7 tur öncə – yanvarın 29-da əldə edib.
Bu komandalar arasında İ dövrədə keçirilən oyun bərabərliklə yekunlaşmışdı – 1:1.
Bu dəfə də hər iki komandanın qol vurmaq şansı var.
Argentina – Venesuela – ÜST 2,5
Venesuelanın son iki oyunu 4:1 hesabı ilə başa çatıb. Əvvəlcə komanda Boliviyaya qalib gəlib, sonra səfərdə Uruqvaya eyni hesabla uduzub.
Venesuela Cənubi Amerika zonasında ikinci ən çox top buraxan (30) komandadır. Argentina – Venesuela matçlarında son 3 görüşün ikisində üst 2,5 gəlib.