Sürpriz kupon – 25.01.2026
Atletiko – Malyorka 1
Ötən 5 ildə “Malyorka” Madrid klubuyla ən yaxşı halda heç-heçəyə sevinib. Son turda La Liqada tez-tez xal itirən “Atletiko”nun evdə uğursuzluğa son qoyacağını fikirləşirəm. Madrid klubunun doğma stadionda minimal hesabla qələbə qazanacağını proqnozlaşdırıram.
Barselona – Real Oviedo ÜST3.5
La Liqanın lideri “Barselona”nın autsayderlə matçda asan qələbə qazanacağı gözlənilir. Kataloniyalıların bəzi futbolçulara istirahət verəcəyini düşünmək olar. “Barsa”nın asan qələbəylə 3 xala sahib çıxacağını fikirləşirəm.
Real Sosyedad – Selta 1-ci hissə ÜST1.5
Avrokuboklara vəsiqə uğrunda yarışan qonaqlar son 4 matçda meydanı qalib kimi tərk edib. 5 gün əvvəl evdə “Barsa”nı məğlub edən “Real Sosyedad” futbolçuları indi qələbənin təsadüfi olmadığını göstərməyə çalışacaq. Hər iki komanda hücum futbolu nümayiş etdirəcəyindən ilk 45 dəqiqədə 2 qol vurulacağına mərc etməyi təklif edirəm.












