Sürpriz kupon – 25.01.2025
Sauthempton – Nyukasl 2
Premyer Liqada inamla irəliləyən “Nyukasl” son turda gözlənilmədən öz meydanında “Bornmut”a 1:4 məğlub oldu. Amma, bu görüş autsayderlədir. Meydan sahibləri 22 oyuna cəmi 6 xal toplaya biliblər və qapılarında 50 qol görüblər. Olduqca çox pis nəticədir. Bu görüşdə qonaqlardan böyük hesablı nəticə gözləyirəm. Son turdakı məğlubiyyətin əvəzini bu oyunda çıxacaqlar.
Komo – Atalanta 2
“Atalanta” A Seriyasında “Komo” ilə müqayisədə daha da güclü heyətə və təcrübəyə malikdir. Qonaqların həmçinin turnir cədvəlindəki mövqelərini bərpa etmək üçün 3 xala çox ehtiyacları var. Çempionlar Liqasında “Ştrum” üzərindəki 5:0 qələbə “Atalanta”ya motivasiya oldu. Fikrimcə, A Seriyasında nəhayət ki, 4 turdan sonra qələbə qazanacaq.
Leypziq – Bayer Leverkuzen QOL/QOL
Hər iki komanda bir qayda olaraq, müdafiə oyununa üstünlük vermir. Açıq və hücum futbolu nümayiş etdirirlər. Bu da çoxlu qol vəziyyətlərinin yaranması deməkdir. Rəqiblərin iştirak etdiyi son matçların statistikası da buna misaldır. Ona görə də azarkeşləri möhtəşəm və qollu matç gözləyir.