Sürpriz kupon – 24.12.2025
Əl Ənvər – Əl Batin – 2
Səudiyyə Ərəbistanı 1-ci liqasının autsayderləri qarşılaşır. Əl Batin 11 turun heç birində qələbə qazanmayan 2 komandadan biridir, hesabında 3 heç-heçə var. Əl Ənvər komandası isə 10 xalla nisbətən üst sırada qərarlaşıb. Məncə, Əl Batin çoxuna sürpriz edərək bu oyunda mövsümdə ilk qələbəsini qazanacaq.
Al Vasl – Al Vehdat – QOL/QOL
Asiya Çempionlar Liqası-2-də qrup mərhələsinin son turudur. 5 oyunda uduzmayan Al Vasl qrup lideri olaraq pley-offa vəsiqəni artıq təmin edib. İordaniya təmsilçisi isə qrupda sonuncu olmamağa çalışır. Qrup liderinə qarşı ilk dövrədəki oyunda Al Vehdat uduzsa da (1:2) qol vura bilmişdi. Bu görüşdə də qarşılıqlı qollar görəcəyimizi təxmin edirəm.
Əlcəzair – Sudan – 2-ci hissə cür şans 12
Əlcəzair millisi Afrika Millətlər Kubokuna 3 xalla başlamaq üçün Sudan yığmasına qalib gəlməlidir. Müdafiəyə meylli Afrika komandalarınını duelində, özü də turnirin ilk oyununda 1-ci hissədə bəlkə də qol olmayacaq. 2-ci hissədə isə tərəflərdən birinin yekun nəticədə üstün olacağını düşünürəm.













