Sürpriz kupon – 24.11.2025
İstanbul Başakşehir – Trabzonspor 2
“Trabzonspor” 2 oyundur heç-heçə edir. Belə getsə çempionluq hədəfi olan qaradənizlilərə turnir cədvəlinin daha aşağılarında olan rəqibləri yetişəcək. İstanbulluların vəziyyəti isə heç yaxşı deyil. Bunu turnir cədvəlindən də görmək olar. Komandalar arasında son 4 oyun “Trabzonspor”un qələbəsi ilə bitib. Seriyanın davam edəcəyini düşünürəm.
Konyaspor – Antalyaspor QOL/QOL
“Konyaspor” 12 turdan sonra rəqibindən 1 xal çox toplayıb. Komandalar adətən qol vurmaqda çətinlik yaşamır, amma öz qapılarının toxunulmazlığını qoruya bilmirlər. Təxminən bərabərsəviyyəli rəqiblərin qarşılaşmasında Qol/Qol variantı ağlabatandır.
Espanyol – Sevilya QOL/QOL
La Liqada rəqibindən 2 xal öndə olan “Espanyol” son 2 oyunu uduzur. “Sevilya” isə son 3 matçdan 2-sini qələbə ilə bitirib. Bu görüşdən gərgin mübarizə və qarşılıqlı qollar gözləyirəm.












