Sürpriz kupon – 24.10.2024
Lion – Beşiktaş QOL/QOL
Bir tərəfdə maksimum xal toplayan “Lion”, digər tərəfdə hər iki oyunda uduzan “Beşiktaş”. Favorit göstərilən “Lion” ev matçında qələbəyə iddialıdır. Türkiyə klubunda heyətlə bağlı problemlər var. Üç əsas futbolçusu matçda iştirak etməyəcək. Bununla belə türklər meydanı qolsuz tərk etməyəcəyinə inanıram.
Tottenhem – Alkmaar Tottenhem və ÜST2.5
Avrokuboklar daxil 4 matçda qələbə qazanmayan “Alkmaar” ölkə çempionatında ardıcıl 3 oyunda məğlubiyyət acısı yaşayıb. Son oyunlardakı çıxışlarını nəzərə alaraq qonaqların səfərdə yaxşı nəticə qazanacağını düşünmürəm. London klubu belə fürsəti boşa verməz. “Tottenhem”in inamlı qələbəsinə inanıram.
Malmö – Olympiacos Malmö və ÜST1.5
“Qarabağ”ın Avropa Liqasında keçmiş və gələcək rəqibi. Hər iki komandanın aktivində 1 qələbə var. İsveç klubunun 4 zədəli futbolçusunun olması işləyi çətinləşdirir. Lakin “Malmö” ev oyunlarda istənilən rəqibə təzyiq göstərməyi bacarır. Bakıdakı oyundan sonra İsveç klubunun şanslarını yüksək qiymətləndirirəm.