Sürpriz kupon – 24.10.2023

Sürpriz kupon – 24.10.2023

Breşia – Modena 1

Turnir cədvəlində “qonşu”ların dueli. Bu görüşdə Breşia doöma meydanında qələbə qazanmaq üçün hər şeyi edəcək. Düşünürəm ki, meydan sahibləri qalib gələrək, Modena ilə xal fərqini artıracaqlar.

Yuniyon Berlin – Napoli 1

Almaniya təmsilçisi həftəsonu öz liqasında gücünü qorudu. Bu onlara məğlubiyyətlə başa gəldi. Anlaşılan idi ki, Çempionlar Liqasında debüt ilində berlinlilər ilk qələbənin arayışındadırlar. Napoli favorit olsa da, ötən ilki qədər əzəmətli deyil. Bu matçda risk edərək, meydan sahiblərinin qələbəsinə oynamaq olar.

Benfika – Real Sosyedad 2

Etiraf edim ki, riskli kuponda bəzi oyunlarda hisslər rol oynayır. Bu matçda da hissimə güvənirəm. Məncə, Real Sosyedad Portuqaliya səfərindən qələbə ilə dönəcək.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 24.10.2023

Növbəti yazı

Səfərdə 600-cü qol