Sürpriz kupon – 24.07.2025

Sürpriz kupon – 24.07.2025

Araz-Naxçıvan – Aris Saloniki 1

Çoxları Yunanıstan təmsilçisini şanslı hesab edir. Amma Araz-Naxçıvan sürprizə qadirdir. Üstəlik komandamız evdə oynayacaq. Düzdür bu, çətin olacaq. Amma komandamızın sürpriz edəcəyinə inamım böyükdür.

Çelye – AEK Larnaka 2,5 ÜST

Çelye müdafiəsini “Sabah”la oyunlarda gördük. Elə hücum xəttini də. İlk iki matçda 6 qol vuran Çelye qapısında 5 top gördü. Bu matçda da istisna olmayacağını fikirləşirəm nəzərə alsaq ki, AEK Larnaka da qol vurmağı bacaran komandadır, oyunun 2,5 üst gəlmə ehtimalını təxmin edə bilərik.

Atletik Eskalades – Dinamo Siti 2

Andorra və Albaniya liqaları arasında fərq böyükdür. Andorra klublarının Avrokuboklarda uğurlu olacağını ehtimal etmirəm. Albaniya təmsilçisi Dinamo üçün Atletik Eskalades uyğun rəqibdir. Məncə Dinamo Siti səfərdə qələbə qazana bilər.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 24.07.2025

Növbəti yazı

”Zirə”dən qollu heç-heçə