Sürpriz kupon – 24.07.2024

Sürpriz kupon – 24.07.2024

PAOK – Borac Banya Luka – 2,5 ÜST

Rəqiblər arasında səviyyə fərqi məhsuldar oyun gözləməyə əsas verir. Yunanıstan təmsilçisi Çempionlar Liqasında növbəti mərhələni qarantiyalamaq üçün öz meydanında bacardıqca çox qol vurmağa çalışacaq. Bosniyalıların da səfərdə qol vurmaq ehtimalı az deyil.

NK Celje – Slovan Bratislava – QOL/QOL

Sloveniya və Slovakiya çempionları üz-üzə. Hər iki komanda əvvəlki mərhələdə rəqiblərini “top atəşi”nə tutaraq turu adlayıb. “NK Celje” Tallinn “Flora”sına iki oyuna ümumilikdə 7, “Slovan” isə Şimali Makedoniya çempionu “Struga”ya 6 qol vurub. Belə hücum potensialı ilə bu matçda qarşılıqlı qollara mərc etmək olar.

Cliftonville – Auda – 2

UEFA Konfrans Liqasının bu matçında Şimali İrlandiya klubu meydan sahibi kimi favorit sayıla bilər. Amma Latviya təmsilçisinin bu dueldə uduzmayacağını düşünürəm. Məncə, Latviya çempionatı hazırda davam etdiyindən “Auda” daha hazırlıqlıdır. “Cliftonville” isə son 2 ayda yoxlama oyunlarından başqa rəsmi matç keçirməyib. Latışların səfərdə qalib gələcəyini təxmin edirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 24.07.2024

Növbəti yazı

“Bavariya”da itki