Sürpriz kupon – 24.06.2025
Benfika – Bavariya QOL/QOL
Hər iki komandanın hücum xətti güclüdür. “Benfika” bu görüşdə müdafiəyə çəkilməyəcək. Əsasən hücum futboluna üstünlük verəcək. Açıq və qarşılıqlı qollu oyun gözlənilir.
Kauno Jalqiris – Panevezis 1
Litva “A” liqasında ev sahibləri turnir cədvəlinin lideridir. Qonaqlar isə ilk beşlikdə yer alır. Aralarındakı son beş görüşə nəzər yetirsək, “Jalqiris”-in bu komandaya məğlub olmadığını görürük. Ümumiyyətlə, “Jalqiris” öz meydanında uduzmağı sevmir. Hətta, 9 oyundur ki, məğlub olmur. Məncə, ev sahibləri bu rəqəmi 10-a çatdırmaq niyyətindədir.
Oulu – Seinayoen QOL/QOL
Finlandiya kubokunun 1/4 final mərhələsində qarşılaşacaq bu iki komandanın son çempionat matçı 2:2 bitmişdi. Ümumiyyətlə, bu göruşün favoriti qonaqlardı. Amma, “Oulu” evdə oynayır və ümidləri kubokadır. Çempionatda işləri heç də, yaxşı getmir və turnir cədvəlinin sonuncusudur. Məhsuldar oyun gözlənilir. Hər iki tərəfin fərqlənməsi daha da, məqsədəuyğundur.