Sürpriz kupon – 24.05.2025
Bodo Qlimt – Rusenborq QOL/QOL
Qonaqlar, ev sahiblərinfən fərqli olaraq, çempionata yaxşı başlayıb. Turnir cədvəlində mövqeyini yaxşılaşdırmaq istəyən “Bodo Qlimt” hücum futboluna üstünlük verəcək. Qonaqlar da, yəqinki bu hücumlatı cavabsız qoymayacaq. Belə olduğu halda, da, matçın bol qollu olması qaçılmazdır.
Krasnodar – Dinamo Moskva 1
“Dinamo” son 3 turda qələbə qazanıb. Amma, bu mövsüm güclü “Krasnodar”a qarşı, Moskvalıların praktiki olaraq uğur qazanmaq şansı yoxdur. Son həlledici oyunda doğma arenada azarkeşlərin dəstəyi ilə “Krasnodar” yəqinki məğlub olmayacaq. Paralel görüşdə “Zenit” böyük ehtimalla “Axmat”ı məğlub edəcək. Ona görə də, “Krasnodar” qələbə qazanmaq və ilk dəfə Rusiya çempionu olmaq üçün bütün səylərini əsirgəməyəcək.
Hetafe – Selta Viqo 2
Bu görüş, ev sahibləri üçün formal xarakter daşıyır. Amma, qonaqlar üçün çox vacib bir oyundur. Gələn mövsüm Avropa liqasına vəsiqəni təmin etmək üçün “Selta”-ya qələbə lazımdır. Fikrimcə, qonaqlar bunun öhdəsindən gəlməyi bacaracaqlar.