Sürpriz kupon – 24.04.2023

Sürpriz kupon – 24.04.2023

“Antalyaspor” – “Sivasspor” – ÜST2.5

Rəqibindən 1 oyun az keçirən Antalya təmsilçisi qonaqlardan 1 xal geri qalır. Hər iki komanda müdafiədəki boşluqlara görə qapısının toxunulmazlığını qoruya bilmir. Bu oyunda məhsuldar nəticənin qeydə alınacağını düşünürəm.

FC Haka – “Honka Espoo” – 2

Yeni başlayan Finlandiya çempionatında 3 tur arxada qalıb. “Honka” 3 oyuna 4 xal toplayıb. Statistikaya əsasən “Honka” bu rəqibə son 1 il ərzində qalib gələ bilməyib.  Qonaqların səfərdə sindromu qıracağına inanıram.

“Gimaraeş” – “Sportinq Lissabon” – Qol cəmi – Tək

Qonaqlar ÇL uğrunda yarışır. Drammatik matçda “Yuventus”la 1-1 oynayan və iki görüşün nəticəsinə görə Avroliqadan kənarda qalan “Sportinq” toparlanmağa çalışacaq. Qonaqların favorit statusunu doğruldacağını düşünürəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 24.04.2023

Növbəti yazı

Günün şansı – 26.04.2023