Sürpriz kupon – 24.04.2022
“Bohum” – “Auqsburq” QOL/QOL
“Bohum” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Çempionatda stabil çıxış etmir. Rəqib “Auqsburq” bundesliqada qalmaq üçün çalışır. Bununla belə, tərəflərdən hansına üstünlük vermək risklidir. Qol/qol variantı daha uyğun görünür.
“Empoli” – “Napoli” 2
“Empoli” A seriyasında bu mövsüm üçün yerini artıq qoruyub. Bununla belə, mövsümün ən zəif müdafiəsi olan komandalarından biri kimi qalmaqdadır. “Napoli” isə çempionluq şansını saxlayır. Lider “Milan”dan 4 xal geri qalır. Xal itkisi onlar üçün faciəyə bərabər sayılacaq. Zənnimcə, vacib oyunda qələbə qazanacaqlar.
“Paderborn” – “Hannover” 2,5 ALT
Turnir cədvəlində fərqli pillələrdə qərarlaşıblar. “Paderborn” 8-ci, “Hannover” 14-cü yerdə. Son 5 oyuna “Paderborn” 2 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət. “Hannover” son 5 oyunda 1 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət. Aralarındaki son 5 oyun zəif məhsuldarlıqla yadda qalıb. Bu görüşdən də məhsuldarlıq gözləmirəm.