Sürpriz kupon – 24.01.2025
Şamaxı – Zirə 2
Hər iki komandanı ağır oyun gözləyir. Amma “Zirə” istər heyət, istərsə də təcrübə baxımından rəqibindən üstündü. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan Rəşad Sadıqovun komandasının qələbəsinə mərc edirəm.
Torino – Kalyari X
Komandalar arasında 2 xal fərq var. Meydan sahibləri 23 xalla 11-ci, “Kalyari” 21 xalla 14-cü sıradadı. “Torino” ardıcıl 4 oyundur heç-heçə oynayır. “Kalyari” də yaxşı formadadı. Düşünürəm ki, sürpriz kuponda heç-heçəyə mərc etmək olar.
Oser – Sent Etyen 1
7 oyundur qələbə üzünə həsrət olan meydan sahibləri nəhayət 3 xal qazanmalıdır. “Sent Etyen” bunun üçün demək olar ki, ideal rəqibdir. “Qarabağ”ın keçmiş ulduzu İbrahima Vadjinin klubu Liqa 1-i tərk etməyə namizəddir. “Oser”in nəhayət qalib gəlib uğursuz seriyanı sındıracağını düşünürəm.