“Bavariya” və “Benfika” 1/8 finalda, “Milan” ÇL-lə vidalaşdı
Sürpriz kupon – 24.01.2023
“Latsio” – “Milan” 2
“Milan”ın nəhayət ki, silkələnmək vaxtı gəlib çatıb. Piolinin komandası Superkubokda əzəli rəqibi “İnter”ə də bütün komponentlərdə uduzdu – 0:3. Ümumiyyətlə, “rossoneri” artıq 4 oyundur ki, qalib gələ bilmir. “Milan” lider “Napoli”dən 12 xal geri qalır.
Bu oyunda da xal itkisi olsa, artıq “Milan”lılar “Napoli”nin çempionluğu ilə barışmalıdırlar.
“Emmen” – PSV 2
PSV son oyunlarda stabil təsir bağışlamır. Ruud van Nistelroyun komandası “Sittard”, “Sparta Rotterdam” kimi rəqiblərlə görüşlərdə xal itirir. Lakin PSV bu matçda qalib gəlsə, lider “Feyenoord”la xallarını bərabərləşdirəcək. Ona görə də qonaqlar belə şansı əldən verməməlidir.
Niger – Kamerun 2
Afrika Millətlər Çempionatında ulduzlar çıxış etmədiyindən yarış bir qədər kölgədə qalıb. Amma yeni-yeni gənc istedadları kəşf etmək üçün skautların əlinə yaxşı imkan düşüb.
Kamerun qrupdakı ilk oyunda Konqo üzərində minimal hesabla qələbə qazanmışdı. Niger isə Konqo ilə heç-heçə etdi – 0:0. Riqober Sonqun çalışdırdığı Kamerun bu qarşılaşmanın da favoriti hesab olunur.