Sürpriz kupon – 23.12.2024

Sürpriz kupon – 23.12.2024

Başakşehir – Kasımpaşa – cüt şans x2

Kasımpaşa kubok matçı da daxil ardıcıl 4 oyundur uduzmur. Turnir cədvəlində rəqibindən 5 pillə geri qalmasına və bukmekerin Başakşehiri görüşün favoriti saymasına baxmayaraq, məncə, Kasımpaşa bu qarşılaşmada məğlub olmayacaq.

Hatayspor – Adana Demirspor – 1

Superliqada son 2 sırada qərarlaşan komandanın dueli. 15 oyundan cəmi 2 xal toplayan (TFFnin qərarı ilə Adana Demirsporun hesabından 3 xal silinib) Adana klubu digər tərəfdən malliyə böhranında “boğulur”. Ötən ilki heyətdən, komandadan əsər-əlamət qalmayıb. Artıq klubda əksəriyyət mövsümün sonunda aşağı liqaya düşəcəkləri ilə barışıb. Hataysporun isə hələ xilas olmaq şansı var. Superliqada qalmaq ümidini artırmaq üçün bu oyunda Hatay təmsilçisi mütləq qalib gəlməlidir.

İnter – Komo – 2,5 ÜST
Komo sonuncu dəfə 2003cü ildə İnterin qonağı olub və 4 cavabsız qolla uduzub. Bəlkə də 21 il sonra tarix bu və ya buna bənzər hesabla təkrarlanacaq. Böyük hesablı qələbəyə daha çox inanıram.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 23.12.2024

Növbəti yazı

“Ordu” və “Şəki” səfərdə qalib gəldi