Sürpriz kupon – 23.12.2021
“Yeni Malatyaspor” – “Kayserispor” – ALT2.5
“Kayserispor” daha inamlı təsir bağışlasa da, “Yeni Malatyaspor”un doğma meydanda ciddi müqavimət göstərdiyini unutmaq olmaz. Bu oyunda hər iki tərəf maksimum nəticə uğrunda yarışacaq. Evdə “Qalatasaray” ilə 0-0 oynayan “Yeni Malatyaspor” bu dəfə də asan təslim olmayacaq.
“Beşiktaş” – “Göztəpə” – QY
“Beşiktaş”ın evdə xal itirəcəyi inandırıcı deyil. Qara qartallar artıq kifayət qədər uğursuz oyunlar keçirib. Bu matçda zəif rəqib üzərində qələbə mütləqdir. Qonaqlar əks hücumlardan kifayət qədər uğurlu istifadə etməyi bacarır. Bununla belə onların “Beşiktaş”a qol vuracağına inanmıram.
“Sparta Rotterdam” – “Valveyk” – QY
Turnir cədvəlində “Valveyk” 15, “Sparta Rotterdam” isə 17-ci yerdədir. Fikrimcə hesabı açan tərəf rəqibin fərqlənməsinə imkan verməyəcək. Adətən bu komandaların görüşündə belə oyunlara çox rast gəlinir. Ona görə seçimim QY olacaq.