Sürpriz kupon – 23.10.2023
“Fiorentina” – “Empoli” 1
Turnir cədvəlinin əks qütblərində qərarlaşan komandaların oyununa mərc etmək təklif olunur. Liderdən 5 xal geri qalan “Fiorentina” doğma meydanda iddiası olmayan rəqibi qəbul edir. Ötən tur “Napoli”ni üstələyən meydan sahibləri bu matçda da favorit hesab olunur.
“Odense” – “Midyullend” 2
Ötən tur evdə xal itirən “Midyullend” bu dəfə səfərdə azarkeşlərini sevindirməyə çalışacaq. Üstəlik cari mövsüm “Odense” ev oyunlarında uğur qazanmaqda çətinlik çəkir. Meydan sahibləri 4 ev matçında məğlubiyyət acısı yaşayıb.
“Trabzonspor” – “Alanyaspor” ÜST2.5
Trabzon təmsilçisi cari mövsüm 4 matçda məğlub olub. Ötən tur “Adana Dəmirspor”a uduzan meydan sahiblərində vəziyyət yaxşı deyil. 8 oyunda qapısında 11 qol izləyən trabzonluların bu matçda uğur qazanacağına inanmıram.