Sürpriz kupon – 23.08.2023
“Hibernian” – “Aston Villa” – kornerlər 9,5 ÜST
Başqa matç olsaydı, bəlkə də bir oyunda azı 10 kornerin vurulacağını söyləmək riskli olardı. Amma 2 Britaniya komandası qarşılaşırsa, bol künc zərbəsi gözləməyə dəyər.
“Makkabi” (Hayfa) – “Yanq Boyz” – 1-ci hissə cüt şans 12
Bol qol gözlədiyim oyundur. Ona görə də ilk yarı yekunlaşanda, hesabda bərabərlik olmayacağını təxmin edirəm. Məncə, tərəflərdən biri fasiləyə hesabda üstün yollanacaq.
“Braqa” – “Panatinaikos” – 30-cu dəqiqə kimi qol – xeyr
Qrup mərhələsinin bir addımlığında büdrəməmək üçün hər iki tərəf ehtiyatlı oyuna üstünlük verə bilər. Onsuz da yunan və portuqal futbolunun klassik əsasını bu cür oyun təşkil edir. Hərçənd “Braqa” və “Panatinaikos”un ifasında məhsuldar oyunları da az görməmişik. Bu oyunda isə riskə gedərək hesabın ilk 30 dəqiqədə açılmayacağına mərc edirəm.