Sürpriz kupon – 23.05.2025
Telstar – FC Den Boş – 2,5 ALT
Niderland komandalarının oyunları adətən bol qollu keçir. Amma bu adi bir liqa matçı yox, Erediviziyaya vəsiqə uğrunda pley-off oyunlarından biridir. Tərəflər arasında 3 gün əvvəl keçirilən ilk oyunda qol olmayıb. Ümumiyyətlə, bu komandaların öz arasındakı son 4 qarşılaşmasında cəmi 1 qol vurulub. Statistikanı və matçın əhəmiyyətini nəzərə alıb, 2,5 alt variantına üstünlük verirəm.
Austriya Klagenfurt – Hartberq – QOL/QOL
Austriya Klagenfurt üçün bu son şansdır. Yüksək liqada qalmaq üçün matçı qazanmalıdır. Hartberq isə UEFA Konfrans Liqasına vəsiqə verən pley-off görüşünə vəsiqəni təmin etdiyindən autsayderlə oyunda nəticə onlar üçün o qədər də önəmli deyil. Bununla belə qonaq komandanın azı bir qol vuracağını gözləyirəm. Tərəflərin öz aralarındakı son 6 duelində olduğu kimi bu görüşdə qarşılıqlı qollar.
Komo – İnter – cüt şans 1X
Napolinin çempionluq şansını əldən verməyəcəyini təxmin edirəm. Bu halda İnterin Komonu məğlub etməsinin əhəmiyyəti qalmır. Bu isə İnter futbolçularının motivasiyasına mənfi təsir göstərə bilər. Fikrimcə, Komo ardıcıl 9-cu oyunda da meydanı uduzmadan tərk edəcək.