Sürpriz kupon – 23.03.2025
Portuqaliya – Danimarka İstənilən vaxt qol vuracaq: Mika Bieret
İlk matçdakı məğlubiyyətdən sonra Portuqaliya hücuma atılmağa məcburdu. Belə məqamda kimin səhnəyə çıxmaq ehtimalının daha çox olduğunu deməyə ehtiyac yoxdu. Qocalmaq bilməyən Kriştiano Ronaldonun milli forma ilə növbəti qola imza atacağını istisna etmirəm. Amma əla futbol sərgiləyən Danimarka da asanlıqla təslim olacaq komanda deyil. Son dövrlər məhsuldar futbolu ilə parlayan Mika Bieret 2 gün əvvəl Skandinaviya təmsilçisinin heyətində debüt etdi. Bu dəfə isə o, Danimarka millisində ilk qolunu vura bilər.
Almaniya – İtaliya Hər iki komanda ikinci hissədə qol vuracaq
Hər iki komanda məhsuldar futbol sərgiləyir. Bu mənada Dortmunddakı oyunu tribunalarda izləyəcək azarkeşlərin bol qollu qarşılaşmaya şahidlik edəcəyini proqnozlaşdırmaq olar. Sürpriz kuponda rəqiblərin ikinci hissədə hərəyə ən azı bir qol vuracağına mərc edirəm.
Fransa – Xorvatiya Mərhələni keçmək: Fransa
İlk oyunda 2:0 hesablı qələbə qazanan Xorvatiya yetərincə sanballı üstünlük əldə edib. Xorvatlar penaltini də qaçırmasaydılar, mərhələ keçmək şansları daha yüksək olardı. Mbappe və yoldaşlarının hələ də vəziyyəti dəyişmək imkanı qalır. Fransa bu şansdan istifadə etməyi bacaracaq gücdədi.