Sürpriz kupon – 23.03.2023

Sürpriz kupon – 23.03.2023

San Marino – Şimali İrlandiya – ÜST 2.5

Həvəskar San Marino qitədə hər ölkənin arzuladığı rəqibdi. Şimali İrlandiya üstünlüyünü hesabda əks etdirmək üçün yaxşı ifaçılara malikdi. Düşünürəm ki, ÜST 2.5 variantının gəlmək ehtimalı kifayət qədər yüksəkdi.

Slovakiya – Lüksemburq – 1

Lüksemburqun qitənin aşkar autsayderlərindən olduğu dövr keçib. Amma istənilən halda Slovakiyanın heyəti daha güclü futbolçulardan qurulub və bu oyunda da heç də təsadüfən favorit hesab edilmirlər.

Qazaxıstan – Sloveniya – 2

Qazaxıstana olan bütün hörmətimə rəğmən bu oyunda qonaqları dahaanslı görürəm. Zlatko Zahoviçin davamçıları AVRO 2024-ün final mərhələsinə vəsiqə qazanmağa real namizəddirlər. Avansı doğrultmaq üçün Qazaxıstan kimi rəqibləri yenməyə borcludurlar və bunun üçün kifayət qədər usta futbolçuları var.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Günün kuponu – 23.03.2023

Növbəti yazı

“Tottenhem”in namizədləri