Sürpriz kupon – 23.02.2025

Sürpriz kupon – 23.02.2025

Bayern Münhen – Ayntraxt -qol\qol

Münhenlilərin bundesliqada Bayerlə son oyunu gözlənilənin əksinə qolsuz keçdi. Seltiklə Çempionlar Liqası matçı da 2,5 altla yekunlaşdı (1:1). Ayntraxtla görüşdə isə belə aşağı “məhsuldarlıq” gözləmirəm. 3-cü sırada qərarlaşan   Frankfurt təmsilçisi bu mövsüm yaxşı formadadır. Səfərdə onlaərn bundesliqanın liderinə azı 1 qol vuracağını gözləyirəm. Tərəflərin son 5 duelində də qarşılıqlı qollar qeydə alınıb.

Kalyari -Yuventus qol\qol

Çempionlar Liqasını tərk edən Yuve Klayari üzərində qələbə ilə fanatlarını sevindirməyə çalışacaq. Amma heç də rahat səfər olmayacaq. Klayari Yuveyə qarşı öz meydanında keçirdiyi son 4 görüşün hamısnda azı 1 qol vurub. Məncə, bu oyunda da hər iki komanda fərqlənəcək.

Ayaks – Go Ahead Eagles qol\qol

Ayaks Erediviziyanın lideri olaraq qarşılaşmanın favoriti hesab olunur. Amma bu görüşdə sürpriz də ola bilər. Hətta Ayaksın xal itkisi olmasa belə, qonaq komandanın azı qol vuracağını təxmin edirəm. Ayaksın “Go Ahead Eagles”lə son  6 duelindən 5-də hər iki komanda qol vurub.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 23.02.2025

Növbəti yazı

Paytaxtda qolsuz heç-heçə