Sürpriz kupon – 23.01.2026
Viktoriya Köln – FC Saarbrüken – 1-ci hissə 2
Hər iki komanda 3-cü bundesliqada qeyri-sabit mövsüm keçirir. Sadəcə, Saarbrüken komandasının Köln klubu qarşısında statistik üstünlüyü var.Aralarlndakı son 4 oyunun hamısında qalib gəliblər. Məncə, bu oyunda favorit komanda yox, rəqibi qalib gələcək. Riskə gedib, ilk hissədə də Saarnrükenin qələbəsinə mərc edirəm.
Nyukasl Yunayted Cets – FC Vellinqton – 1ci hissə cüt şans 12
Avstraliya A Liqasında hazırda ən çox qol vuran da, buraxan da Nyukasl Yunayted Cets komandasıdır. 3-cü yerdə gedən bu komanda 13 turda hamıdan çox (26) qol vurub, qapısından da hamıdan da çox (24) top buraxıb. Belə komandanın oyununda azı 3-4 qol vurulacağı gözləniləndir. Fikrimcə, ilk yarı tərəflərdən birinin hesabda üstünlüyü ilə yekunlaşacaq.
Oser – PSJ – 2
Çempionlar Liqasında Lissabonda Sportinqə uduzan PSJ çətin ki, ardıcıl 2-ci məğlubiyyəti alsın. Özü də Fransa Liqasında autsayderlərdən olan Oserdən. Parislilər lider Lansla 1 xallıq fərqin artmaması üçün bu oyunu qazanmalıdır. Məncə, bu onlarda alınacaq.












