Sürpriz kupon – 23.01.2025
Hoffenhaym – Tottenhem 2
İlk 24 komanda sırasında olmayan “Hoffenhaym” evdə ikinci qələbəsini qazanmağa çalışacaq. London klubu favorit statusunu doğrultmaqla adını 1/8 finala yazdıra bilər. Premyer liqada ardıcıl iki matçda məğlubiyyətə üzülən “Tottenhem”dən inamlı qələbə gözləyirəm.
Malmo – Tvente QOL/QOL
Avropa Liqasının autsayderlərindən olan bu iki komandanın yanvardan sonra mübarizəni dayandıracağı gözlənilir. Qələbəyə həsrət qalan “Tvente”nin bu turda da uğur qazanacağı inandırıcı görünmür.Məhsuldar nəticə gözlədiyim oyunda qol/qol variantına üstünlük verirəm.
Viktoria Plzen – Anderlext ÜST2.5
4 qələbəylə əsas işi yerinə yetirən “Anderlext” Çexiyaya yollanıb. Belçika klubundan fərqli olaraq çexlərə qələbə daha çox lazımdır. Bu mənada meydan sahiblərinin müdafiədə oturmayacağı dəqiqdir. Hər iki komanda son matçlarda meydanı qolsuz tərk etməyib. Ona görə ÜST2.5 seçiminin üzərində dayanacam.