Sürpriz kupon – 23.01.2023
“US Pays De Cassel” – PSJ ÜST4.5
Fransa Kubokunda 1\16 final. Bu komandaları fərqləndirmək belə düzgün deyil. Paris klubunun ehtiyat oyunçular skamyasınınn 2-3 futbolçusu rəqibdən bahadı. Büdcə və imkanları nəzərə alaraq PSJ-nin oyuna qeyri-ciddi yanaşacağını düşünmürəm.
“Konyaspor” – “Ankaragücü” QOL/QOL
Konya təmsilçisi cari mövsüm 27 xal toplayıb və 7-ci sıradadır. Ankara klubu 13-cü yerdədir. Turnir cədvəlinə baxmayaraq klubların arasında ciddi fərq görmürəm. Bu oyunda aşkar favorit yoxdu. Tərəflərin son iki dueli heç-heçə başa çatdığından bu dəfə qalib gələcək klubu söyləmək çətindi.
“Umraniyəspor” – “Fənərbağça” ÜST2.5
Lider “Qalatasaray”dan 7 xal geri qalan sarı lacivərdlilər autsayderlə qarşılaşır. Amma bu komanda qonaqlar üçün uğursuz rəqib sayılır. Ötən il superliqada ilk görüşdə bərabərlik qeydə alını 3-3. 2019-cu ildə Türkiyə Kubokunda qarşılaşdıqları hər iki oyunda “Umraniyəspor” qələbə qazanıb.