Sürpriz kupon – 22.12.2025

Sürpriz kupon – 22.12.2025

Napoli – Bolonya 1

Bolonyanın Superkubokda final oynaması özü böyük sürprizdir. Bu dəfə rəqib daha güclüdür. Napoli favoritdir. Məncə onlar bu statusu doğruldacaqlar.

Əl Karx – Əl-Gharraf X

Komandaların şansları bərabər qiymətləndirilir. Hətta qələbə əmsalları da demək olar ki, eynidir. Məncə hər iki komanda müdafiəni düşünərək, ilk növbədə uduzmamağa çalışacaqlar. Görüşün heç-heçə, hətta 0-0 hesabı ilə başa çatacağını proqnozlaşdırıram.

Əl-Qarafa – Əl-Vəhdə 1

Asiya Çempionlar liqasında uğursuz çıxış edən Əl-Qarafa yeganə qələbəsini evdə qazanıb. Qətər təmsilçisi pley-off şansını saxlamaq üçün mütləq qələbə qazanmalıdır. Pley-offu demək olar ki, təmin etmiş Əl Vahda ilə oyun yaxşı fürsətdir. Məncə Qatar təmsilçisi doğma azarkeşləri önündə bunu bacaracaq.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 22.12.2025

Növbəti yazı

“Neftçi” NTD-ni məğlub etdi