Sürpriz kupon – 22.11.2025

Sürpriz kupon – 22.11.2025

Ayaks – Ekzelsior Rotterdam – qol-qol

Qeyri-sabit mövsüm keçirən Ayaksın azarkeşləri ümidini baş məşqçi dəyişikliyinə bağlayıb. Yeni məşqçinin gəlişinin komandaya müsbət təsir edəcəyini gözləyənlər az deyil. Ekzelsior isə 18 komanda arasında 16-cı yerdədir və hər xal onlar üçün “qızıla” bərabərdir. Bu komandanın Ayaksa qarşı son 10 görüşünün hamısında qarşılıqlı qollar qeydə alınıb. Məncə, nəticədən asılı olmayaraq Ekzelsior bu matçda da nüfuzlu rəqibinin qapısına yol tapacaq.

Bavariya – Frayburq – qol-qol

Ötən tur Union Berlinlə 2:2 oynayan Bavariya bundesliqada bu mövsüm ilk dəfə xal itirdi. Bunun “heyfini” yəqin ki, Frayburqdan çıxmağa çalışacaqlar. Frayburq Münhenə son 2 səfərində qol vurmasa da, Bavariya ilə əvvəlki səfər oyunlarında azı 1 dəfə fərqlənib. Bu matçda da qarşılıqlı qollar olacağını düşünürəm.

Napoli – Atalanta – 1-ci hissə – 2

Napoli hazırda “qara zolaq”dadır. A seriyasında ardıcıl xal itkiləri Neapol klubunu 4cü yerə atıb. Çempionlar Liqasında da pley-offdan kənarda qalmaq təhlükəsi var. 3 gün sonra bizim Qarabağla ÇL matçını qazanmaq kimi bir vəzifə var qarşılarında. Digər tərəfdən A seriyasında vəziyyəti düzəltmək üçün 13cü yerdə olan Atalantaya qalib gəlməlidirlər. Atalanta A seriyasında son 7 oyunda qələbə qazanmasa da, mövsüm ərzində cəmi 2 dəfə uduzub. Berqamo klubunun Napolidən xal alacağını təxmin edirəm. Hətta bir qədər riskə gedərək Atalantanın ilk hissəni hesabda öndə bitirəcəyini düşünürəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 22.11.2025

Növbəti yazı

“Qarabağ”dan inamlı qələbə